Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 13 yanvarda İstanbulda təhlükəsizlik sammiti keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun “X” sosial media hesabında etdiyi paylaşımda prezident Ərdoğanın İstanbuldakı Dolmabaxça sarayında təhlükəsizlik toplantısı keçirəcəyini bildirərək yazıb: “Təhlükəsizlik toplantısında ölkənin xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın iştirak edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB