Türkiyənin İstanbul şəhərində Yeniqapı-Hacıosman arasında hərəkət edən "M2" nömrəli metro xəttində bir şəxs intihar edib. Verilən məlumata görə, İspaniya vətəndaşı olan Eduardo Gracia Yeniqapı stansiyasından qatar gələrkən relslərin üzərinə atlayıb. Hadisə sonrası polis və səhiyyə işçiləri göndərilib. Tibb işçiləri şəxsin həyatını itirdiyini deyiblər. E.Gracianın cansız bədəni yoxlanış üçün Məhkəmə tibb müəssisəsi morquna göndərilib.
Vəziyyətlə əlaqədar metro stansiyasındakı vətəndaşlara anons edilib. Türkiyə saatı ilə 11:05-də sosial mediada edilən açıqlama ilə Yeniqapı stansiyasında hərəkət 1 saat müvəqqəti dayandırılıb. Hərəkət Vəznəcilər-Hacıosman stansiyaları arasında davam edib. Daha sonra bu stansiyalar arasında ödənişsiz İETT avtobusları ilə nəqliyyat hərəkəti başlanılıb. Saat 12:16-da səfərlə normala düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə