Türkiyənin Diyarbəkir şəhərində jurnalistə hücum olunub

Türkiyənin Diyarbəkir şəhərində jurnalistə hücum olunub

Türkiyədə cümə namazı üçün məscidə gəlib Babacanı gözləyən jurnalistlərdən Dekak adı bilinməyən bir şəxsin əvvəl sözlü, sonra fiziki hücumuna məruz qalıb. "Bura Türkiyə Cümhuriyyətidir, ağıllı olun"- deyə qışqıran hücumçu Diyarbəkir təmsilçisi Maşallah Dekakın üstünə hücum edib. Hücum edən şəxs ətrafdakılar tərəfindən hadisə yerindən uzaqlaşdırılıb. Dekak deyib: "Hücumun olduğu yerdə 10-a qədər jurnalist var idi. Mediaya yönəlmiş hücum qəbul edilməməlidir" dedi. O, hücum edən şəxsi şikayət edəcəyini də vurğulayıb.

Güneydoğu Qəzet Cəmiyyətinin sədri Felat Bozarslan da Dekaka dəstək olub. Bozarslan hücumu şiddətlə qınayıb. Həmkarına edilən hücumu qəbul etmədiyini deyib. Hücum edənin isə nəzarət altına alındığı öyrənilib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə