Davamlı təhlükə altında hiss etmək insanda narahatlıq yaradır. Bu vəziyyət həm psixoloji, həm də fiziki problemlərə səbəb olur.
Açıq səbəb olmadan insanın hiss etdiyi narahatlıq qayğı adlanır. Qayğı hissi müəyyən səviyyəyə qədər faydalıdır. Təhlükəli vəziyyətlərlə mübarizə aparmaq üçün müdafiə mexanizmini hərəkətə keçirir. İlk olaraq, diqqət nəticəsində şəxs yarana biləcək pis vəziyyətə qarşı hazırlıqlı olur. Bu da özünü qorumasına səbəb olur. Qayğı həm də insanda istədiyi hədəfə çatmaq üçün motivasiya yaradır. Sağlamlığı ilə şübhələndiyi hal olarsa, vaxtında müayinə olunmasına, maddi qayğısı varsa, daha qənaətcil olmasına, yaşadığı məkanda qorxu riski ilə kamera taxıb daha etibarlı yaşamasına səbəb olur.
Qayğının günlük nə qədər faydası olsa da, çox və davamlı olması insanda qayğı pozuntusuna gətirib çıxarır. İnsanın qayğı səviyyəsini ölçən faktorlardan biri də uşaqlıqda yaşadıqlarıdır. Qayğını ortaya çıxaran faktorlar bunlardır:
1. Ailənin emosional istiqaməti:
Ailə üzvlərinin emosiyaları əks etdirməsi olduqca önəmlidir. Ailə üzvlərinin emosional dəstəyinin azlığı uşaqlarda qayğını çoxaldır.
2. Valideyn münasibətləri:
Valideynlərin uşaqlarına münasibəti onlarda özgüvənə təsir edir. Həddindən çox qoruyucu münasibət qayğını çoxaldır.
3. Travmatik hadisələr:
Erkən fiziki-psixoloji şiddət, itki, ayrılıq, tərk edilmə insanın sağlamlığına ciddi zərər vurub qayğının yaranmasına gətirib çıxarır.
4. Öyrəşmək tərzi:
Uşağın valideynlərilə münasibəti gələcəkdə insanlara inam, çətinliklərlə başa çıxmaq kimi vəziyyətlərə təsir edir.
5. Həyat təcrübəsi:
Məktəbdə yaşanan mənfi hallar(təcrid edilmə) uşağın qayğı pozuntusunu artırır.
Qayğının öhdəsindən gəlmək üçün etməliyik:
1. Dərin nəfəs almaq və nəfəs idmanları:
Bədəni sakitləşdirmək lazımdır. Ən təsirli yolu nəfəs idmanı etməkdir.
2. İndiki zamanda qalma:
Həyatı keçmişdə və gələcəkdə deyil, yaşadığımız anda hiss etmək zehni mənada insanın daha sakit hissetməsinə səbəb olacaq.
3. Davamlı fiziki idman:
Fiziki idman stressi ata bilmək üçün önəmlidir. Bu, ruh halınızın yüksəlməsinə şərait yaradacaq.
4. Sosial dəstəyin önəmi:
Ailə üzvləri, dost və ya sevgili, sizə yaxın olan insanlarla təmasda, ünsiyyətdə olmaq qayğını azaldacaq.
5. Düşüncə tərzini dəyişmək:
Qayğının ən önəmli yaranma səbəbi pis düşünməkdir. Pis düşüncələri sağlam düşüncələrlə əvəz etmək qayğının aradan qalxmasına kömək edəcək.
6. Peşakar yardım:
Hər şeyi yoxladıqdan sonra qayğını yönləndirməkdə çətinlik çəkirsinizsə, peşəkardan dəstək ala bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB