Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 8 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 2 ağır yaralı hərbçi dünyasını dəyişib.
Bölgədə əməliyyatlar davam edir.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 15 terrorçunu zərərsizləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB