Rusiya səfirliyi ruslara Yəmənə səfərdən çəkinməyi tövsiyə edib

Rusiya səfirliyi ruslara Yəmənə səfərdən çəkinməyi tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb.

“Yəməndə hərbi-siyasi böhran başlayandan bəri Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarına bu ölkəyə səfərlərdən çəkinməyi tövsiyə edib. Bu tövsiyələr bu günə qədər aktuallığını qoruyur", - səfirlik bildirib.

Diplomatik nümayəndəlik əlavə edib ki, hazırda Yəməndə bir neçə yüz Rusiya vətəndaşı ola bilər: "Yanvarın 12-si səhər saatlarına ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi gecə zərbələri nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə