...Rusiyanın Şimali Koreyanın ballistik raketlərindən istifadə edərək Ukraynaya zərbələri onilliklər ərzində Qərb ölkələri üçün kor nöqtə olan Pxenyanın raket proqramından məxfilik pərdəsini aradan qaldıra bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Newsweek-ə Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Fabian Hinz deyib.
Ekspert qeyd edir ki, indiyədək Qərb kəşfiyyatı Şimali Koreyanın raket proqramları haqqında İranın raket proqramlarından qat-qat az məlumatlı olub. İndi Şimali Koreyanın raketləri real müharibədə istifadə olunduğu üçün daha çox məlumat olacaq.
Birincisi, bu raketlərin xüsusiyyətləri haqqında çox şey onların istifadəsi faktından öyrənilə bilər. Yəni onların trayektoriya və uçuş məsafəsi, dəqiqliyi, həmçinin Qərbin hava hücumundan müdafiə sistemlərinin onlara qarşı nə qədər effektiv olması.
İkincisi, raket qalıqlarını öyrənməklə daha çox şey əldə etmək olar. Xüsusilə, onların rəhbərlik sistemi, komponentlərin mənşəyi və s.
Belə ki, onlara yaxından baxa bilmək çox dəyərli olardı. Bu, Pxenyanın raketləri üçün nə qədər xarici hissə aldığını müəyyən etməyə kömək edəcək.
Bunu deyən Fabian Hinz, qeyd edib ki, Koreya raketlərinin məzmununu öyrənməklə Qərb silah ustaları onlara qarşı mübarizə aparmaq üçün öz hava hücumundan müdafiə sistemlərini lazımi qaydada təkmilləşdirə biləcəklər.
...Və ötən həftə Ağ Ev, Rusiyanın dekabrın 29-da Ukraynaya qarşı yeni kütləvi raket hücumları kampaniyası zamanı ilk dəfə Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyini bəyan edib. Qeyd edək ki, ruslar bu raketlərlə Xarkov və Zaporojyeni vurublar.
Daha sonra Xarkov prokurorluğu etiraf edib ki, təcavüzkarın yanvarın 2-də şəhəri vurduğu raketin fraqmentləri həqiqətən də Şimali Koreya raketlərindən birinə aid ola bilər.
Yanvarın 11-də Ukraynanın baş prokuroru Andrey Kostin nəhayət ki, Rusiyanın Ukrayna şəhərlərinə hücum etmək üçün Şimali Koreya istehsalı olan raketlərdən istifadə etdiyini təsdiqləyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB