Rusiya Daxili İşlər Nazirliyi “Qazprombank” və “Qazprom”un keçmiş top meneceri İqor Volobuyevi axtarışa verib. SİA-nın əldə etdiyi məlumata görə, 2022-ci ilin əvvəlində Kiyevə yola düşən Volobuyev, sonradan könüllü olaraq Ukrayna ordusuna qoşulub.
Qeyd edək ki, Volobuyev 16 il “Qazprom”un mətbuat katibi vəzifəsində çalışıb. O, “Qazprombank”ın vitse-prezidenti kimi Rusiyanı tərk edib. Volobuyev, getməsini vətəninin müdafiəsində iştirak etmək istəyi ilə izah edib.
Xatırladaq ki, top menecer həyatının ilk 18 ilini Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində anadan olub və yaşayıb.
Yeri gəlmişkən, Volobuev Rusiya vətəndaşıdır. Keçən il dekabrın sonunda o, “Rusiya Könüllülər Korpusu” və “Rusiyanın Azadlığı” legionunun daxil olduğu Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq Legionunda xidmət etdiyini elan edib.
Qeyd edək ki, bu birliklər özlərini Rusiyadan olan könüllülərin birliyi adlandırırlar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB