İngiltərə on il ərzində Ukraynanı dəstəkləməyə söz verdi

İngiltərə on il ərzində Ukraynanı dəstəkləməyə söz verdi

Britaniya hökuməti London və Kiyev arasında 10 illik təhlükəsizlik sahəsində əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.

Müqaviləni Böyük Britaniyanın baş naziri Rişi Sunak və Vladimir Zelenski imzalayıb.

Sənədin mətninə əsasən, Böyük Britaniya Ukraynanı müqavilənin bütün müddəti ərzində, o cümlədən hərbi sahədə dəstəkləməyi öhdəsinə götürür.

Bundan əlavə, London Kiyevə müdafiə idarəçiliyi sahəsində yardım və uzunmüddətli məsləhətlər verməyə də sadiqdir.

...Bu müqavilə imzalandığı gündən 10 il müddətində qüvvədədir. Böyük Britaniya bu sazişin 10 illik müddəti ərzində Ukraynaya dəstəyini davam etdirəcək.

Qeyd edək ki, sazişin mətnində belə deyilir.

Bundan əvvəl NATO ölkələri Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirmək niyyətlərini təsdiqlədikləri bəyanat yaymışdılar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə