Sabiq prezidentə 34 il həbs cəzası istənilib

Sabiq prezidentə 34 il həbs cəzası istənilib

Peru prokurorluğu ölkənin keçmiş prezidenti Pedro Kastilyoya 34 il həbs cəzası istəyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.

“Prokurorluq Pedro Kastillo Terronesi qiyam, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai asayişi ciddi şəkildə pozmaqda təqsirli bilərək onun 34 il həbs cəzasına məhkum olunmasını istəyir”, – məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə