İspaniya 2023-cü ildə rekord sayda siyasi sığınacaq müraciəti alıb
İspaniya 2023-cü ildə rekord sayda siyasi sığınacaq müraciəti alıb.
SİA xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin Qaçqınlar və Sığınacaq İdarəsindən mətbuata verilən məlumata görə, idarə 1992-ci ildən bəri 2023-cü ildə ən çox siyasi sığınacaq müraciəti qəbul edib.
Ötən il ölkəyə 163 min 218 müraciət olunub ki, bu da 2022-ci ilə nisbətən siyasi sığınacaq müraciətlərində 37 faiz artım deməkdir.
Siyasi sığınacaq üçün edilən müraciətlərin 60 min 534-ü Venesuela, 53 min 564-ü Kolumbiya və 14 min 306-sı Peru vətəndaşlarına məxsus olmaqla, 78,6 faizi təşkil edib.
2023-cü ildə İspaniyada qaçqın statusu verilənlərin sayı 7521 nəfər olub ki, onların əksəriyyəti əfqanıstanlılar, suriyalılar, nikaraqualılar, kolumbiyalılar və honduraslılardır.
İspaniya Qaçqın və Sığınacaq İdarəsi Rusiya ilə müharibədən qaçan ukraynalılardan 33 min 928-nə 2023-cü ildə “Müvəqqəti qoruma statusu” verildiyi və hazırda İspaniyada bu hüquqdan yararlanan ukraynalıların sayının təxminən 195 minə yüksəldiyi məlumatını da paylaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB