…İstixana qazı emissiyaları azalsa belə, 100 il belə davam edəcək
...Məlum olub ki, okean suyunun temperaturu 2023-cü ildə ardıcıl 5-ci dəfə rekord qırıb və istixana qazı emissiyaları azalsa belə, 100 il ərzində artmağa davam edəcək.
SİA xəbər verir ki, Çin Elmlər Akademiyasının apardığı araşdırmada Çin, ABŞ, Yeni Zelandiya, İtaliya və Fransa tədqiqatçıları okean suyunun illik temperaturunu ölçüblər. Ölçmələrlə müəyyən olunub ki, 2023-cü ildə okean suyunun temperaturu 2022-ci ilə nisbətən 0,23 dərəcə yüksək olub və bu, ardıcıl 5-ci dəfə qeydə alınan ən yüksək temperatur olub.
Alimlər qeyd ediblər ki, istixana qazları emissiyaları azalsa belə, bu əsrdə okean suyunun temperaturu artmağa davam edəcək.
Araşdırmanın nəticələri “Advances in Atmospheric Sciences” jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB