İran Yəmənə edilən hücumları qınadı

İran Yəmənə edilən hücumları qınadı

İran ABŞ və Böyük Britaniya döyüş təyyarələrinin Yəmənə endirdiyi zərbələri qınayıb.
İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani məsələ ilə bağlı yazılı açıqlama verib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nasir Kenani deyib: “ABŞ və Böyük Britaniyanın Yəmənin müxtəlif şəhərlərinə etdiyi hücumları qətiyyətlə qınayırıq”.
Hücumu Yəmənin suverenliyi və ərazi bütövlüyü ilə beynəlxalq qanunların pozulması kimi qiymətləndirən Nasir Kenani deyib:
"Bu hücum regiondakı qeyri-sabitliyin pozulmasına gətirib çıxaracaq. Beynəlxalq ictimaiyyətdən yaşananlara reaksiya verməsini və bölgədə müharibənin, qeyri-sabitliyin və etibarsızlığın yayılmasının qarşısını almasını xahiş edirik".
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin paytaxtı Səna, həmçinin Hudeydə və Taiz şəhərlərinin bəzi bölgələrinə hava zərbələri endirib.
ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak Amerika və İngiltərə ordularının Qırmızı dənizdəki hücumlara cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə