ABŞ prezidenti Co Bayden Amerika və Britaniya ordularının Qırmızı dənizdəki hücumlarına cavab olaraq Yəməndəki husilərə aid bəzi hədəfləri vurduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden Qırmızı dənizdə hücumlarını davam etdirən husiləri hədəf alan hava hücumları ilə bağlı yazılı açıqlama verib: “Bu gün mənim göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bəzi hədəflərə hava hücumu təşkil edib”.
Hücumların husilərin Qırmızı dənizdəki hərəkətlərinə birbaşa cavab olduğunu ifadə edən Bayden, sonuncunun yanvarın 9-da baş verən və husilərin birbaşa Amerikalıları hədəf aldığı bir sıra hücumlara beynəlxalq koalisiya ilə cavab verdiklərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB