Fransanın yeni mədəniyyət naziri bəlli oldu

Fransanın yeni mədəniyyət naziri bəlli oldu

Fransanın keçmiş Prezidenti Nikola Sarkozinin müttəfiqi Raşida Dati ölkənin yeni mədəniyyət naziri təyin olunub. SİA bu haqda xarici KİV-ə istinadən xəbər verir.

Dati 2022-ci ilin mayından mədəniyyət naziri vəzifəsində çalışan Rima Abdul-Malakı əvəz edəcək.

Qeyd edək ki, N.Sarkozi prezident seçkilərində qələbə qazandıqdan sonra Raşida Dati 2007-2009-cu illərdə Fransanın ədliyyə naziri vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə