ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumların sayı son üç ayda 130-a çatıb
Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-ın İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb. SİA xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.
"Hücumların ümumi sayı bu günə qədər 130-dur. Bu hücumlardan 53-ü İraqdakı Amerika bazalarına, 77-si Suriyadakı bazalara edilib”, - deyə o qeyd edib.
Rayder Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının sayının ötən ilin noyabrın 19-dan 27-yə yüksəldiyini təsdiqləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB