...Birləşmiş Ştatlar bu cür proqramların maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən Ukraynaya müdafiə təchizatını dayandırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, bununla da Kiyevə ABŞ silah və hərbi texnikasının tədarükü hələlik dayandırılacaq, lakin Konqres Ukraynaya yardım üçün federal büdcədən əlavə vəsaitin tapılması və ayrılması üzərində işləməyə davam edə bilər.
Bundan əvvəl Pentaqonun nümayəndəsinin müavini Sabrina Sinq bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etmək üçün təsdiqlənmiş vəsaitdən tükənir.
Dekabrda NATO-nun keçmiş baş komandanı və ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis xəbərdarlıq etmişdi ki, Ukrayna vəd edilmiş ATACMS raketləri və “F-16” döyüş təyyarələri tədarükünü itirə bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB