...Ukrayna prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrdə şəxsi heyət arasında itkilər barədə məlumat verə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Riqada Baltik KİV-lərinin nümayəndələri ilə Facebook-da yayımlanan söhbəti zamanı bildirib.
Eyni zamanda o qeyd edib ki, Qərb silahlarının tədarükünün gecikdirilməsi səbəbindən getdikcə daha çox Ukrayna əsgəri ölür.
Deyilənlərə görə, Zelenski, xüsusilə, hava hücumundan müdafiə sistemlərinin olmamasına işarə edib.
Yanvarın 9-da Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Ukrayna Silahlı Qüvvələrinin 2023-cü il üçün itkilərini açıqlayıb.
Onun sözlərinə görə, il ərzində Ukrayna qoşunları 215 mindən çox insan və 28 min silah itirib. Rusiya qüvvələri strateji təşəbbüsü özündə saxlayır.
Maraqlıdır, görən, Şoyqu, ümumiyyətlə Rusiya tərəfi niyə rus ordusundakı itkilər barədə açıqlama vermir?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB