...Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etdiyinə görə üç nəfərin ölümündə təqsirli bilinən məhbusu əfv edib.
SİA-nın əldə etdiyi məlumata görə, xəbəri Mediazona yayımlayıb.
Beləliklə, nəşrin məlumatına görə, 2013-2014-cü illərdə Volqoqrad vilayətinin sakini Denis Zubov əvvəlcə keçmiş sevgilisini, sonra onun sevgilisini, daha sonra isə təsadüfi bir təqaüdçünü öldürüb.
Cinayətkar özünü manyak kimi göstərmək və istintaqı çaşdırmaq üçün meyitləri parçalayıb.
2017-ci ilin martında Zubov təqsirli bilinərək 21 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edilib. Sonradan “Vaqner” PMC ilə müqavilə bağlayan Zubov Ukraynaya döyüşməyə gğndərilib və keçən ilin aprelində, ehtimal ki, Baxmut uğrunda döyüşlərdə öldürülüb.
Xatırladaq ki, 2022-ci ilin yayında Ukrayna ərazisində bir neçə hərbi məğlubiyyətdən sonra Rusiya ordusu və özəl hərbi şirkətlər cəza çəkən məhbusları, o cümlədən xüsusilə ağır cinayətlər törətdiklərinə görə cəlb etməyə başladılar. Əvvəlcə bunu “Vaqner” PMC, sonra Müdafiə Nazirliyi etdi.
Döyüş əməliyyatlarında iştirak etməyə razılıq müqabilində məhkumlara altı ay cəbhə xəttində qaldıqdan sonra əfv vəd edilirdi.
Hazırda müharibədən qayıdan əfv olunanların yenidən cinayətlər, o cümlədən qətl və zorlamalar törətdiyi bir neçə onlarla iş artıq məlumdur. Kreml hesab edir ki, məhbuslar “döyüş meydanında törətdikləri cinayətləri öz qanları ilə yuduqları üçün” erkən azadlıq əldə etməkdə haqlıdırlar.
Yeri gəlmişkən, bir gün əvvəl məlum olmuşdu ki, Ukrayna ilə müharibədə iştirak etdiyinə görə Vladimir Putin tərəfindən əfv olunmuş, əvvəllər xüsusilə böyük miqdarda narkotik vasitələrin hazırlanması və satışına görə 17 il həbs cəzası almış Sankt-Peterburq sakini Dmitri Karavaiçik deputat olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB