ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Maliyyə Nazirliyinin saytında dərc olunan sənədə görə, bir fiziki şəxs, iki şirkət və üç təyyarə “qara siyahı”ya salınıb.
SİA-nın əldə etdiyi məlumata görə , mətndə qeyd olunur ki, məhdudiyyətlərə Dövlət Hava Yolları “224-cü Əlahiddə Aviasiya Dəstəsi” ASC-nin baş direktoru Vladimir Mixeyçik, həmçinin iki müəssisə, o cümlədən Aşulukski poliqonu və Vladimir qabaqcıl hərbi tədqiqat kompleksi daxildir.
RİA Novosti qeyd edir ki, sanksiyalar üç təyyarəyə də şamil edilib: müvafiq olaraq quyruq nömrələri RF-78757, RF-82011 və RF-86898 olan İl-76MD, An-124 və İl-76.
Daha əvvəl “La Nouvelle Tribune” qəzeti yazıb ki, Rusiya iqtisadiyyatı sanksiyaların çoxluğuna baxmayaraq fəaliyyətini davam etdirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB