ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Jake Sullivan, çox güman ki, Davosda Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenskidən Rusiya ilə müharibə aparmaq üçün daha konkret plan istəyəcək.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, Ukrayna hərbçiləri 2024-cü il üçün plan hazırlayır və Vaşinqton öz dəstəyini ən yaxşı şəkildə necə əlaqələndirəcəyini müəyyən etmək istəyir.
Eyni zamanda, Ağ Ev Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında mümkün fikir ayrılıqları barədə məlumatlardan narahatdır.
Amerika rəsmilərinin fikrincə, bu, növbəti strategiyanın hazırlanmasını ləngidə bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Cozef Bayden Konqresdən Ukrayna, İsrail və Tayvanı dəstəkləmək üçün 106 milyard dollar ayırmağı xahiş etmişdi.
Qeyd edək ki, Kiyevə 61 milyard dollar göndərilməsi təklif edilsə də, amma bu büdcə hələ təsdiqlənməyib.
Çünki Konqresdəki Respublikaçılar maliyyə məsələlərinin ayrıca həll edilməsində təkid edirlər. Ukraynaya 2023-cü ildə 250 milyon dollar məbləğində hərbi yardımın sonuncu paketi dekabrın sonunda göndərilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB