Çeçenistanda hərbi hissənin qərargah binası yanıb

Çeçenistanda hərbi hissənin qərargah binası yanıb

Yanvarın 11-də səhər saatlarında Çeçenistanın Şali şəhərindəki hərbi hissənin ərazisində yanğın baş verib - qərargahın binası və yaxınlıqda dayanmış bir neçə avtomobil tamamilə yanıb.

SİA xəbər verir ki, bu barədə “Kavkaz.Realii” saytına anonimlik şərti ilə vəziyyətlə tanış olan mənbə məlumat verib.

Maraqlıdır ki, həmsöhbət qərargahda yanğının birinci dəfə baş vermədiyini, qərargahın özünün isə qəzalı binada yerləşdiyini qeyd edib.

Bundan əvvəl Sorokin Tail teleqram kanalı yanğının videosunu dərc etmişdi. Görüntülərdən məlum olur ki, yanğın ikimərtəbəli binanı tamamilə məhv edib.

O da maraqlıdır ki, rəsmi olaraq Çeçenistanda yanğınla bağlı məlumat şərh edilmir.

Belə ki, hərbi hissə “Kavkaz.Realii” saytının müxbirinin zənglərinə cavab verməyib.

...70-ci qvardiya motoatıcı alayının və 42-ci qvardiya diviziyasının bölmələri Şalidə yerləşir. May ayında bu bölmənin hərbi qulluqçuları Ukraynaya qarşı müharibədə iştirakdan imtina edərək komandanlıqdan onları Rusiyaya qaytarmağı tələb ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə