Iran Hərbi Dəniz Qüvvələri Oman körfəzi sularında Amerika neft tankerini saxlayıb,
SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti mənbəyə istinadən yazır.
Mənbə qeyd edib ki, İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri gəmini məhkəmənin qərarı ilə saxlayıb.
Yanvarın 11-də maskalı silahlı şəxslər Marşal adalarının bayrağı altında üzən “Sent Nikolas” tankerinə qalxıblar. SİA TASS-a istinadən xəbər verir ki, tutulduqdan sonra gəminin transponderi söndürülüb və o, İranın Cask limanına doğru istiqamət alıb.
Agentliyin məlumatına görə, gəmi əvvəllər Suez Rajan adlanıb və İran neftinin daşınması üçün istifadə olunurdu. ABŞ səlahiyyətliləri onu müsadirə edərək, 1 milyon barel nefti cərimə kimi göndərib və yeni sahiblərinə təhvil verib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB