Rusiya hava hücumundan müdafiə sistemləri Rostov, Tula və Kaluqa vilayətləri üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarını ələ keçirdiklərini iddia edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, müvafiq mesaj yanvarın 11-də səhər saatlarında departamentin Teleqramında yer alıb. Rusiyanın Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin Moskva vaxtı ilə təxminən səhər saat 04:30-da cavab verdiyini bildirib.
...Növbəti hava hücumundan müdafiə sistemləri Rostov, Tula və Kaluqa vilayətləri ərazisi üzərində Ukraynanın üç pilotsuz uçuş aparatını ələ keçirib.
Ruslar yazır bunu.
Qeyd edək ki, ilk “hay” verən Rostov vilayətinin qubernatoru Vasili Qolubev olub. O, Telegram-da yazıb ki, Kamenski rayonu ərazisində 2 pilotsuz təyyarə vurulub. Qolubev hücum nəticəsində dağıntıların olmasına baxmayaraq, insan tələfatı olmadığını deyir.
Rusiya Federasiyasının Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bildirib ki, Kaluqa şəhərinin kənarında pilotsuz uçan aparat partlayıb. Belə ki, dron nasos stansiyasının texniki konstruksiyası üzərində partladılıb və nəticədə binaya ziyan dəyib.
Xatırladaq ki, yanvarın 9-da Rusiyanın Orel şəhərində pilotsuz təyyarələr yanacaq-energetika kompleksinin obyektinə hücum edib. Oryol vilayətinin qubernatoru Andrey Kliçkovun sözlərinə görə, iki pilotsuz uçan aparatın vurulduğu yerdə yanğın baş verib və sonradan lokallaşdırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB