Peru Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edib
Peru rəhbərliyi qonşu Ekvadorda baş verən hadisələrlə əlaqədar şimal sərhədindəki 5 bölgədə fövqəladə vəziyyət (OHAL) elan etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, prezident Dina Boluartenin imzaladığı fərman çərçivəsində ölkənin şimal sərhədindəki 5 bölgədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edildiyi bildirilib. Açıqlamada Ekvadorda davam edən zorakılıq dalğasının narahatlıqla izləndiyi və fövqəladə vəziyyətin tətbiq olunduğu Tumbes, Piura, Cajamarca, Amazonas və Loreto bölgələrinə gücləndirmə hərbi hissələrin göndərildiyi vurğulanıb. Digər tərəfdən Kolumbiya hökumətindən verilən açıqlamada qonşu Ekvador sərhədinə əlavə hərbi birləşmələrin göndəriləcəyi də qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB