Solovyov Ukraynaya qarşı müharibə ilə bağlı ritorikasını dəyişib..?

Belə ki, təbliğatçı qalmaqallı açıqlama verib...
Solovyov Ukraynaya qarşı müharibə ilə bağlı ritorikasını dəyişib..?

...Kremlin “ən yaxşı” təbliğatçısı Vladimir Solovyov qondarma xüsusi hərbi əməliyyat haqqında gözlənilməz açıqlama verib, Belə ki, o, Kremli Qərbin maraqları naminə Ukraynaya qarşı müharibə aparmaqda ittiham edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təbliğatçı ötən günlərin birində özünün “Vladimir Solovyovla axşam” adlı siyasi tok-şousunun efirində qalmaqallı açıqlama verib.

Onun dediyinə görə, bu gün Ukraynada baş verən budur ki, Qərbin arzuları gerçəkləşir: yəni slavyanlar slavyanları öldürür! Onlar üçün bu, sadəcə xoşbəxtlikdir - pravoslav dünyası daxilində müharibə...

Qərb üçün bundan yaxşısını təsəvvür etmək mümkün deyildi. Belə ki, Qərbin bu çoxəsrlik arzusu gerçəkləşir.

Maraqlıdır ki, rus saytları Solovyevun bunu “açıq şəkildə” dediyini yazırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə