Bu dəfə ruslar tərəfdə vuruşan Somali vətəndaşı əsir götürülüb

Bu dəfə ruslar tərəfdə vuruşan Somali vətəndaşı əsir götürülüb

Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının tərəfində vuruşan Somali vətəndaşını ələ keçiriblər.

SİA xəbər verir ki, “Ordu.TV” xəbər verir ki, bu barədə məlumat Telegram-da verilib.

Qeyd edək ki, jurnalistlər hərbi əsirlərin fotolarını da dərc ediblər. Onların arasında somalili də var.

...Onun hətta Somali pasportu da var idi və həm rus, həm də Ukrayna dilini çətin başa düşürdü.

Somalililər də digər məhbuslar kimi pula görə Ukraynaya qarşı döyüşməyə gediblər. O, dekabrın sonunda cəbhəyə gəlib və artıq yanvarın əvvəllərində əsir götürülüb.

Nəşr başqa təfərrüatları açıqlamayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə