Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
MSK seçkilərdə iştirak etmək üçün siyasi partiyalara lazımi prosedurlara başlamağı tövsiyə edib.
Bildirilib ki, 2020-ci ildə parlament seçkilərində parlamentdə mandat qazanmış siyasi partiyalar MSK-ya ərizə ilə müraciət etməlidirlər.
Digər partiyalar isə iyulun 15-dək imza vərəqələri almalı və topladıqları 25 min imzanı avqustun 1-dək MSK-ya təqdim etməlidirlər.
Builki seçkilər yalnız proporsional sistem üzrə keçiriləcək.
Seçkilərdə iştirak edən siyasi partiyalar parlamentə düşmək üçün 5 faizlik həddi keçməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB