Kim Çen In Cənubi Koreyanı "məhv edərəm" deyir...

Kim Çen In Cənubi Koreyanı "məhv edərəm" deyir...

Şimali Koreya Cənubi Koreyanı məhv etmək üçün bütün hərbi potensialından istifadə edir.

SİA “Kommersant”-a istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen In Şimali Koreyada müdafiə sənayesi müəssisələrinə səfəri zamanı deyib.

O, Şimali Koreyanın hər hansı “hərbi təxribat” olacağı təqdirdə belə addımlar atacağını deyib.

Əgər Cənubi Koreya Şimali Koreyaya qarşı silahlı qüvvələrdən istifadə etmək və ya ölkənin suverenliyini, eləcə də təhlükəsizliyini təhdid etmək qərarına gələrsə, Pxenyan Koreya Respublikasını tamamilə məhv etmək üçün bütün mövcud vasitə və qüvvələrdən istifadə edəcək.

...Kim Çen In söz verib.

O, Şimali Koreyanın müharibədən qaçmaq fikrində olmadığını da vurğulayıb.

Maraqlıdır ki, Kim Çen In, Koreya Respublikasının rəsmilərini qanqster adlandırıb.

...Kim Çen In daha əvvəl demişdi ki, Şimali Koreya Birləşmiş Ştatların “görünməmiş” qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün 2024-cü ildə müharibə hazırlığını sürətləndirməlidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə