Rəcəb Tayyib Ərdoğan MİT-in tədbirində çıxış edib

Rəcəb Tayyib Ərdoğan MİT-in tədbirində çıxış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin casusluq şəbəkəsini ifşa edən Milli Kəşfiyyat Təşkilatının (MİT) Türkiyəni təhdid edənlərə lazımi cavabı verdiyini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kəşfiyyat Təşkilatının 97-ci ildönümü münasibətilə paytaxt Ankarada keçirilən tədbirdə çıxış edib.
Türkiyənin iqtisadi, siyasi və hərbi baxımdan qlobal güc rəqabətinin mərkəzində olan bir bölgədə yerləşdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Qeyri-müəyyənliyin artdığı bu dövrdə ölkəmiz iqtisadi, hərbi, diplomatik və kəşfiyyat sahələrindəki uğurları ilə gündəmdədir''.
Türkiyənin oyun quran bir aktyor və nüfuzlu bir güc kimi mövqeyini möhkəmləndirdiyini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: “Masa arxasında və meydanda güclü Türkiye iddiamız hazırda reallığa çevrilir''.
Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın şimalındakı hərbi əməliyyatların, Azərbaycanla birlikdə Qarabağın azad edilməsinin, Liviyanın qanuni hökumətinə verilən dəstəyin, Egeydən Qara dənizə və Şərqə qədər mavi vətəni qorumaq mövzularındakı güclü iradənin buna misal olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan həmçinin İsrailin casusluq şəbəkəsini ifşa edən Milli Kəşfiyyat Təşkilatının Türkiyeni təhdid edənlərə çox açıq cavab verdiyini ifadə edərək MİT-in bu uğurunun İsraili ciddi şəkildə təəccübləndirdiyini söyləyib.
Bunun başlanğıc olduğuna diqqət çəkən Türkiyə Prezidenti deyib: "Siz hələ də Türkiyeni tanımırsınız. Amma siz onu tanımağa məhkumsunuz".

Bütün xəbərlər Facebook səhifəmizdə