Bu arada Rusiya Maliyyə Nazirliyi şikayətçi düşüb.
Deyilənlərə görə, xaricə gedən ölkə sakinləri özləri ilə qızıl daşıyırlar. Özü də nazirliyin dediyinə görə, aparanlar “ağına-bozuna” baxmadan, açıq şəkildə həddən artıq çox qiymətli metalı xaricə aparmaqdadırlar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, səbəb odur ki, hələlik bu, rüsumdan yan keçməyin qanuni yoludur.
Ancaq, deyilənlərə görə, tezliklə ölkə hakimiyyəti bu fürsəti aradan qaldıracaq - qiymətli materialın ixracını məhdudlaşdıran layihə artıq hazırlanır.
Məsələ burasındadır ki, Rusiya hökuməti 2023-cü il oktyabrın 1-dən bir sıra mallara, o cümlədən qızıla rublun məzənnəsi ilə bağlı müvəqqəti ixrac rüsumları tətbiq edib. Eyni zamanda, rüsumlar dolların dəyərinə bağlıdır.
Belə ki, bir dolların qiyməti 80 rubldan azdırsa, deməli rüsum sıfırdır; dolların qiyməti 95 rubldan çox olarsa, bu, 7 faiz olacaq.
...İndi biz qorxuruq ki, vəziyyət sadəcə olaraq nəzarətdən çıxacaq, çünki fiziki şəxslər tərəfindən ixrac rüsumdan yan keçmək və bununla da qanuni bir üsula çevrilib.
Və biz rüsum tətbiq olunandan sonra təbii ki, ixracda kəskin artımın şahidi oluruq. Rəqəmləri deyə bilmərəm, amma çoxluq təşkil edir. İnsanların sadəcə bəxti cibində idi. Əgər ödəməli deyilsinizsə, məsələn, 7 faizi niyə ödəyirsiniz? Onu ciblərinə doldurub gedirlər.
Qeyd edək ki, bunu Rusiya Maliyyə Nazirliyinin rəis müavini Aleksey Moiseyev bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB