"Terror bitənə qədər mübarizə qətiyyətlə davam edəcək"

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 81 vilayətin valisini Məclis Mərasim Salonunda qəbul edib
"Terror bitənə qədər mübarizə qətiyyətlə davam edəcək"

"Terror bitənə qədər mübarizəmiz qətiyyətlə davam edəcək".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 81 vilayətin valisini Məclis Mərasim Salonunda qəbulu zamanı deyib.

Terrorla mübarizədə qətiyyət mesajı verən N.Kurtulmuş terrorun arxasında dayananların da aradan qaldırılmasının vacibliyini dilə gətirərək deyib:

“Terrorun arxasında duran bütün səbəblər aradan qaldırana qədər mübarizəni davam etdirməliyik. Terror təşkilatlarına verilən dəstək və onların arxasındakı siyasi səbəblər aradan qaldırılmayana qədər bölgə xaos və nifaqdan uzaqlaşa bilməyəcək”.

İsrailin Fələstindəki zülmünə bir daha reaksiya verən Numan Kurtulmuş həmrəyliyin davam etdirilməli olduğunu bildirib.

İslam dünyasını (Fələstin məsələsində) oyatmaq, xəbərdar etmək və onlarla ortaq bir zəmində görüşmək bizim borcumuzdur”, -deyə Numan Kurtulmuş qeyd edib.

Kurtulmuş “İsrailin ən böyük gücü İslam dünyasının nizamsızlığı, qərarsızlığı, addım atmaması və hərəkət edə bilməməsidir" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə