Blinken Fələstindən Bəhreynə gedəcək

Blinken Fələstindən Bəhreynə gedəcək

ABŞ dövlət katibi Entoni Blinken Qəzzadakı böhranla bağlı Yaxın Şərq turunun son mərhələsi olaraq Bəhreynə gözlənilməz səfər edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ diplomatı deyib.

Mənbə bildirib ki, İordan çayının qərb sahilində Ramallah şəhərində Fələstin Prezidenti Mahmud Abbasla görüşən Blinken Qəzzada İsrail-Həmas müharibəsinin regional eskalasiyasının qarşısını almaq üçün Kral Həmədlə danışıqlar aparmaq üçün ABŞ Beşinci Donanmasının bazası olan Bəhreynə uçacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə