Polşada polis prezident sarayında reyd keçirib

Polşada polis prezident sarayında reyd keçirib

Polşada Variova polisi prezident sarayında reyd keçirərək, keçmiş daxili işlər naziri Kaminski və onun müavini Vasiki saxlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, nazir və müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya çağırış ittihamı ilə hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilib ki, Kaminski və Vasik axşam saatlarında prezident Anjey Duda Belarus müxalifətinin lideri Svietlana Tsihanouskaya ilə görüşərkən saxlanılıb. Polşa daxili işlər nazirinin müavini Çeslav Mroçek sosial media hesabından verdiyi açıqlamada Kaminski və müavini Vasikin Prezident sarayında saxlanıldığını təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə