Zelenski Polşa prezidenti Dudaya zəng edib

Zelenski Polşa prezidenti Dudaya zəng edib

...Ukrayna prezidenti Vladimir Zelenski Polşa prezidenti Anjey Dudaya Ukraynanı Avropa İttifaqı və NATO-ya daxil olmaq yolunda dəstəklədiyinə görə təşəkkür edib. Bununla yanaşı, Zelenski Polşa ilə Ukrayna xalqları arasında sərhədlərin olmamasının lazım olduğunu vurğulayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidenti bu barədə çərşənbə axşamı, yanvarın 9-da Polşa prezidenti ilə telefon danışığı zamanı bildirib.

...Bizim ümumi sərhədimiz əsl Avropa sərhədi olmalıdır. Birlik sərhəddi.

Zelenski deyib bunu.

Qeyd edilir ki, prezidentlər Avropa İttifaqının Ukraynaya maliyyə ayırması və siyasi dəstək məsələlərini, həmçinin NATO-nun gələcək sammiti üçün mümkün həll yollarını müzakirə ediblər.

Zelenski Polşaya sülh formuluna dair Davos toplantısına nümayəndə göndərmək qərarına görə təşəkkür edib və Polşanın Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı Yeddilik Qrupunun birgə bəyannaməsinə qoşulması məsələsini qaldırıb.

Tərəflər həmçinin Rusiyanın kütləvi hücumlarını və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyini müzakirə ediblər.
Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə