“Onlar hərbi əməliyyatların gedişatını dəyişəcəklər...”

“Onlar hərbi əməliyyatların gedişatını dəyişəcəklər...”

Ukrayna Qərb “F-16” qırıcılarını qəbul etdikdə, onlardan Rusiya qüvvələrinin maddi-texniki bazasına zərbə endirmək üçün istifadə oluna bilər.

Qatarları, düşmən texnikası və silahları məhv etmək vacibdir. SİA-nın əldə etdiyi məlumata görə, hərbi ekspert Pyotr Çernik bu barədə “Kanal 24”-də danışıb.

Eyni zamanda o, hər şeyin tərəfdaşlar tərəfindən Müdafiə Qüvvələrinə veriləcək təyyarələrin sayından asılı olduğunu da vurğulayıb.

Çernik xatırladıb ki, “F-16” qırıcıları AGM-158 raketini daşıya bilir. Bəzi modifikasiyalarda onun uçuş məsafəsi 900 kilometrə çata bilər və bir neçə yüz belə raket maddi-texniki təminat baxımından hərbi əməliyyatların gedişatını dəyişə bilər.

...Əgər mərmi, patron, dərman, isti paltar, yemək və s. daşıyan maşın Surovikin xəttinə gedib çata bilməsə, bu halda bir neçə həftədən sonra səngərdəki rus əsgərin hər şeyi tükənəcək.

Yeri gəlmişkən, yanvarın 9-da müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk, Danimarkada ukraynalı pilotların ilk qrupunun “F-16” çoxməqsədli qırıcıları birbaşa idarə etmək üçün təlim keçəcəklərini bəyan edib. Onun sözlərinə görə, 2023-cü il dekabrın sonunda beynəlxalq Hərbi Hava Qüvvələri Koalisiyasının avqust ayından davam edən işi çərçivəsində ilk pilotlar qrupu əsas hazırlığı başa vurublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə