Belə görünür ki, ümid yenə də “əməkçi miqrant”lara qalır..?

Rusiyanın əhalisi 19-cu əsrin səviyyəsinə qədər azala bilər. 21-ci əsrin ortalarında Rusiya 15,1 milyon daimi sakinini itirəcək..?
Belə görünür ki, ümid yenə də “əməkçi miqrant”lara qalır..?

...Növbəti iki onillikdə Rusiya hər il orta hesabla 800 mindən çox və 21-ci əsrin ortalarında isə 15,1 milyon daimi sakinini itirə bilər.

RBC-nin verdiyi xəbərə görə, bu, oktyabr ayında təqdim olunan və ölkədə pensiya və uşaq müavinətləri üçün büdcənin tərtib edilməsində istifadə olunan “əsas” ssenariyə əlavə olaraq dərc edilmiş Rosstatın proqnozudur.

…“Əsas” proqnoza görə, 2023-2046-cı illərdə Rusiya əhalisinin təbii azalması. ildə orta hesabla təxminən 500 min nəfər olacaq və əhalinin ümumi sayı 7,6 milyon nəfər azalaraq 138,8 milyon nəfərə çatacaq.

…Orta ömür uzunluğunun 2024-cü ildəki 73,17 ildən 2045-ci ildə 77,15-ə yüksəlməsinə baxmayaraq, Rusiyada ölüm hallarının sayı, “pessimist” proqnoza görə, artacaq və 2039-cu ilə qədər COVID-19 pandemiyasının rekordlarına bərabər olacaq, yəni ildə 09 milyon nəfər…

Qeyd edilir ki, demoqraflar bu ərəfədə doğumların azalacağını da proqnozlaşdırırlar.

Proqnozdan belə görünür ki, miqrant axını olmasa, vəziyyət daha da pisləşə bilər: “pessimist” ssenaridə Rosstat bunun ildə 154 min nəfər səviyyəsində olacağını gözləyir. Bu, əhalinin təbii azalmasının təxminən beşdə birini kompensasiya edəcək.

O da qeyd edilməlidir ki, Rosstat-ın “pessimist” proqnozu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin baza proqnozuna uyğundur. O, Rusiyanın daimi əhalisinin indiki 146 milyondan 2050-ci ilə qədər 133 milyona düşəcəyini gözləyir. Nəticədə Rusiya əhalisinin sayına görə dünyanın ilk 10 ölkəsindən, məsələn, Konqo Respublikası, Efiopiya və Meksikadan geri qalacaq. Hazırda 122 milyon nəfər olan Efiopiyanın əhalisi, BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər 213 milyon nəfərə, Konqonun əhalisi 97 milyondan 215 milyona, Meksikanın əhalisi 127 milyondan 144 milyona yüksələcək.

Yeri gəlmişkən, rusiyalı prezident Vladimir Putin noyabrda Rusiyanın çətin demoqrafik problemlərlə üzləşdiyini və onların öhdəsindən gəlmək üçün çoxuşaqlı ailələr ənənəsini canlandırmağın vacibliyini bildirmişdi.

Maraqlıdır ki, Putin bu gün Rusiyada demoqrafik problemləri hətta pul, müavinət, sosial ödənişlər və s. köməyi ilə həll etməyin qeyri-mümkünlüyünü etiraf edib.

...Belə görünür ki, ümid yenə də “əməkçi miqrant”lara qalır..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə