Sərxoş yeniyetmə yatan evsiz kişini yandırıb

Sərxoş yeniyetmə yatan evsiz kişini yandırıb

Saxalin vilayətində bir nəfəri hədsiz amansızlıqla qətlə yetirən məktəbli saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, yeniyetmə avaranı diri-diri yandırıb.

İstintaq Komitəsinin Saxalin vilayəti üzrə istintaq idarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, hər şey yataqxananın dəhlizində baş verib.

Müəyyən edilib ki, Dolinsk şəhərinin 16 yaşlı sakini sərxoş halda məişət münaqişəsi zəminində 46 yaşlı kimsəsiz kişini yandırıb.

Müstəntiqlərin fikrincə, məktəbli plastik qablaşdırmanı yandırmaq üçün alışqandan istifadə edib, alovu yatmış kişinin bədəninə gətirib. Yanğın nəticəsində evsiz kişi hadisə yerində dünyasını dəyişib.

Bundan əvvəl Moskva vilayətində dəmir yolunda məktəblilərin yanğın törətdiklərinə görə saxlanıldığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə