Belqoroddakı ticarət mərkəzləri iş saatlarını azaldıb

Belqoroddakı ticarət mərkəzləri iş saatlarını azaldıb

Belqoroddakı ticarət mərkəzləri iş saatlarını azaldıblar. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Vyaçeslav Qladkov canlı yayım zamanı bildirib.

...Ticarət mərkəzlərinin bütün rəhbərləri qərar veriblər. Bu gündən saat 20:00-a kimi işləyəcəklər, - deyə rayon rəhbəri bildirib.

Qladkovun sözlərinə görə, müvafiq tələb operativ qərargahın növbəti iclasında qeyd olunacaq.

Dekabrın 30-da Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzi rayonlarında kasetli sursatlardan istifadə edərək raket zərbəsi endiriblər.

Rusiya prezidenti Vladimir Putin yanvarın 1-də hərbçilərlə görüşündə hadisəni planlaşdırılan terror hücumu adlandırıb.

Raket hücumları sonrakı günlərdə də davam etməkdədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə