Gürcüstanın tarix boyu bir düşməni olub ki, bu da Rusiyadır...

Gürcüstanın tarix boyu bir düşməni olub ki, bu da Rusiyadır...

...Gürcüstan prezidenti həmişə belə bir fikirdə olub ki, onun ölkəsinin əsrlər boyu bir düşməni olub və bu gün də var, bu Rusiyadır.

Lakin Salome Zurabişvilinin fikrincə, bəziləri bunu bu gün də dərk etmir.

SİA-nın əldə etdiyi məlumata görə, Zurabişvilinin bu bəyanatını “Qruziya Online” sitat gətirir.

...Bəlkə də Gürcüstan müstəqillik əldə etdikdən sonra bəzi dövrlərdə kimsə düşünə bilərdi ki, Rusiya tərəfindən fərqli münasibət ola bilər.

Bunu deyən Zurabişvilinin sözlərinə görə, bu gün Rusiya Federasiyasından Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq şüurunun və ya istəyinin olduğunu göstərən heç bir əlamət yoxdur.

...Bəlkə də bəzi insanlar Rusiyanın düşmən olduğunu başa düşmürlər, bəziləri bunu başa düşmək istəmir, bəziləri isə bununla razılaşır. Amma bu düşmənin özünün də gizlətmədiyi bir həqiqətdir. Bu faktı hər şeydə görmək olar.

Yeri gəlmişkən Gürcüstan prezidenti mütəmadi olaraq Rusiya haqqında tənqidi bəyanatlar verir və hakimiyyətin rusiyapərəst kursunu tənqid edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə