Xarici işlər naziri Hakan Fidan Qırğızıstanda səfərdədir

Xarici işlər naziri Hakan Fidan Qırğızıstanda səfərdədir

Xarici işlər naziri Hakan Fidan Qırğızıstana bu ölkənin xarici işlər naziri Jeenbek Kulubayevin dəvəti ilə gedib.

SİA-nın əldə etdiyi məlumata görə, Qırğızıstanda keçirilən 6-cı Birgə Strateji toplantısından sonra həmkarı J.Kulubayevlə birgə mətbuat konfransı keçirən H.Fidan ikitərəfli, regional və qlobal əlaqələri müzakirə etdiklərini bildirib.

Həmkarına İsrailin Qəzzada davam edən qırğınları və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının yaratdığı təmas qrupunun işlərini izah etdiyini bildirən Fidan deyib:

"Başda Qərb olmaqla beynəlxalq ictimaiyyətin Qəzzada törədilən qətliam qarşısında səssiz qalması yaxud da vasitəli və ya bir başa təsdiq etməsinin dünya təhlükəsizliyinə yaratdığı risklər barədə fikir mübadiləsi apardıq və bu mövzuda fikirlərimizin üst-üstə düşdüyünü gördük. Bununla bağlı ümumilikdə hər kəs eyni fikirdədir, amma toqquşmalar hələ də davam edir. Məsələ ilə bağlı daha dəyişik addımların atılmasının vacibliyi ortaya çıxmışdır".
Hakan Fidan Kulubayevlə ayrıca, Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi apardıqlarını, Türkiyenin Qara dənizdə ən uzun sahilə malik ölkə kimi mövqeyini, Türkiyenin Ukrayna və Rusiya ilə inkişaf etdirdiyi əlaqələri və taxıl sazişini yenidən həyata keçirməkdə necə təsirli ola biləcəyini müzakirə etdiklərini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə