...Rusiyanın Ukrayna ilə sərhədindən təxminən 170 kilometr aralıda yerləşən Orel şəhərində iki pilotsuz təyyarə “Orelnefteprodukt” neft anbarına hücum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bunu regionun qubernatoru Andrey Klıçkov bildirib.
Yanğının söndürüldüyü, tələfatın olmadığı bildirilir.
“Oryol News” xəbər verir ki, hücum nəticəsində 3 nəfər yaralanıb. Bunu daha sonra yerli hakimiyyət orqanları da təsdiqləyib. Daha sonra dronun Malaya Saxanka kəndindəki qeyri-yaşayış obyektinə hücum etdiyi bildirilib. Həmən yerdə qazpaylayıcı infrastruktur obyektləri yerləşir.
Operativ xronikalar üzrə ixtisaslaşmış teleqram 112 və Mash kanallarının məlumatına görə, müxtəlif hədəflərə iki hücum olub. Deyilənlərə görə, “Orelnefteprodukt”dan başqa, “Orelenergo”nun binasına da hücum edilib. Orada, açıq mənbələrə görə, yerli enerji sisteminin idarəetmə mərkəzi yerləşir. Bu obyektlər arasında təxminən 11 kilometr məsafə var.
Çərşənbə axşamı hava hücumundan müdafiə sistemləri Oreldən çox uzaqda yerləşən Kursk üzərində işləyib.
Yerli hakimiyyət sakinləri sakit olmağa çağırıb.
Bu arada Kursk atom elektrik stansiyasının ərazisində pilotsuz təyyarənin vurulduğu bildirilir.
Xatırladaq ki, sentyabr ayında Oryoldakı neft bazası artıq pilotsuz təyyarə ilə hücuma məruz qalmışdı.
Həmən vaxt hücumdan sonra yanacaq çəni yanmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB