...Ötən ilin dekabrında Ukrayna və onun G7 müttəfiqləri, həmçinin Qlobal Cənub ölkələrindən ibarət kiçik qrup arasında gizli görüş keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.
Agentlik qeyd edir ki, Kiyev Qərblə birlikdə Rusiya ilə danışıqlar aparmaq üçün Ukraynanın “sülh planı”na dəstək verməyə çalışıb, lakin bu cəhdlər “uğursuzluq” qazanıb.
Agentliyin məlumatına görə, Ər-Riyadda keçirilən son görüşdə “heç bir mühüm irəliləyiş əldə olunmayıb”. Kimliklərini açıqlamamağı xahiş edən həmsöhbətlər bildiriblər ki, Ukrayna və G7 ölkələri Qlobal Cənub ölkələrinin sülh məsələlərində Rusiya ilə birbaşa əlaqə qurmaq çağırışlarına müqavimət göstərir.
Jurnalistlər xatırladırlar ki, Moskvada Qərbin Rusiya tərəfinin iştirakı olmadan bu cür cəhdləri fars kimi qiymətləndirilir.
Bundan əlavə, Çin, Braziliya və BƏƏ-dən olan nümayəndələr dekabrda baş tutan son görüşdə iştirak etməmişdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB