"Belarus ordusunun müharibəyə girməsindən narahatam..."

“Azov”un qərargah rəisi Boqdan Kroteviç Rusiyanın Belarus ərazisindən Kiyevə təkrar hücumunu istisna etmir
"Belarus ordusunun müharibəyə girməsindən narahatam..."

"Azov” briqadasının qərargah rəisi Boqdan Kroteviç, Belarus ordusunun Rusiyanın Ukraynaya qarşı müharibəyə girməsi ehtimalı olduğunu deyir. SİA-nın əldə etdiyi məlumata görə, o bu barədə “Qordon” nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində deyib.

Kroteviç diqqəti “vaqneritlər”in hazırda Belarus hərbçilərinə fəal şəkildə öyrətdiyinə yönəldib.

...İndi “vaqneritlər”in Belarus qoşunlarına təlim keçmək üçün göndərildiyi mövzusu diqqətdən kənarda qalır. Bu məni kifayət qədər narahat edir. Rusiya ictimaiyyətində bu mövzu çox müzakirə olunur, lakin bizdə informasiya məkanında yoxdur. Məhz bu mənada Belarus hərbçilərinin müharibəyə girməsi məni narahat edir.

Bunu Ukraynalı döyüşçü bildirib.

...Mən Rusiya Federasiyasının Sumı, Kiyev istiqamətində, ola bilsin ki, Belarus ərazisindən hücuma keçməsindən narahatam. Ona görə də biz buna diqqət yetirməliyik.

Bunu da “Azov” briqadasının qərargah rəisi əlavə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə