Ruslar niyə daha Ukraynanın enerji infrastrukturuna zərbə endirmirlər?
...Belə görünür ki, Rusiya rəhbərliyi qışın əvvəlindən Ukraynanın enerji infrastrukturuna kütləvi hücumlardan çəkinmək qərarına gəlib. Maraqlıdır, niyə? İddialara görə bunun bir neçə izahı var.
SİA-nın əldə etdiyi məlumata görə, hərbi ekspert Devid Şarp bunu Radio NV-nin efirində deyib.
Beləliklə, onun sözlərinə görə, birincisi, Kreml başa düşdü ki, hərbi mənada bunun o qədər də böyük əhəmiyyəti olmayacaq. Yəni bunun Rusiya üçün müsbətdən çox, mənfilikləri olacaq. Necə ki, olmuşdu..?
Gərək ki, yadınızda olar, ötən il, rusların bu əməlindən sonra, Qərb müttəfiqləri Ukraynaya əlavə yardım göstərilməsini əhəmiyyətli dərəcədə artırdılar.
...Ruslar belə hərəkət etsəydilər, indi ilişib qalan şey ilişib qalmazdı... Keçən il Rusiya bunun əvəzini ödədi. Rusiya Ukraynanın enerji sisteminə toxunmuşdı.Və “Patriot” sistemləri rusları xeyli bədəl ödəməyə məcbur etdi. Bu, təkcə vurulan “xəncərlər” deyil, həm də vurulan təyyarələr və cəbhə xəttində baş verənlərə təsirdir.
Bunu ekspert iddia edir.
Yeri gəlmişkən, yanvarın 2-də raket hücumu səbəbindən Kiyevdə və bölgədə elektrik enerjisi kəsilib. Paytaxtın Şevçenko, Svyatoşinski, Qoloseyevski, Podolski və Obolonski rayonlarında elektrik enerjisi olmayıb.
Dekabrın sonunda Rusiya Federasiyasının Ukraynaya endirdiyi güclü zərbə nəticəsində Kiyev, Dnepropetrovsk, Odessa və Xarkov vilayətlərində də işıqlar kəsilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB