...Rusiyada pravoslav Milad bayramında kilsələrə gedənlərin sayı son beş ildə demək olar ki, iki dəfə azalıb. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il Milad bayramı üçün kilsələrə 1,4 milyon insan gəlibmiş.
2023-cü ildə eyni bayramda daha az rusiyalı kilsələri ziyarət edib-1,3 milyon insan...
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi 2022 və 2021-ci illər üçün məlumat dərc etməyib.
Amma 2020-ci ildə Milad bayramını qeyd etmək üçün kilsələrə 2,3 milyon, 2019-cu ildə 2,6 milyon, 2018-ci ildə isə 2,5 milyondan çox insan, yəni bu ilki illərdən demək olar ki, iki dəfə çox insan gəlibmiş.
Qeyd edək ki, Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərinin əhalisini nəzərə almasaq, hazırda bu ölkədə təxminən 144 milyon insan yaşayır. Bu o deməkdir ki, Pravoslav Kilsəsinin ikinci ən vacib bayramında Rusiya sakinlərinin cəmi 1 faizi kilsələri ziyarət ediblər.
Onu da qeyd edək ki, bu gün Rus Pravoslav Kilsəsi Ukraynada işğalçılıq müharibəsinin təbliğində, Avropa və ABŞ xalqlarına qarşı düşmənçiliyin qızışdırılmasında fəal iştirak edir.
Rus Pravoslav Kilsəsinin rəhbəri hələ sovet dövründən Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqəli olan Patriarx Kirilldir.
Yeri gəlmişkən, Litvada pravoslav kilsəsində xidmət edən arxpriest Vladimiras Selyavko deyir ki, Rusiyada kilsə tarixən dövlət aparatının bir hissəsi kimi qəbul edilib və kilsədə müstəqil düşüncənin təzahürləri təcrid olunmuş hallardır.
Rusiyada hələ çarlıq dövründən bəri kilsənin dövlətlə əlaqəli olduğunu deyən arxpriest, Vladimir Putinin gəlişi ilə hər şeyin Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən tam nəzarət relslərinə qayıtdığını və Patriarx Kirillin bu sistemin ideoloji bir hissəsi olduğunu deyir.
Vladimiras Selyavkoya görə, bu gün Rus Pravoslav Kilsəsi insanlarla çirkin, bacarıqsız iş aparır və bunu dəyişməyə çalışan keşişlər isə “aradan götürülür”.
Ləyaqətli kahinlər bir şey söyləməkdən qorxurlar, çünki kilsə üzvlərinin onları yuxarıya çatdıracaqlarından qorxurlar.
Bəlkə də məhz elə buna görədir ki, dövlət bu gün nəinki Rus Pravoslav Kilsəsini populyarlaşdıra, həm də Putinin reytinqini qaldıra bilmir.
Maraqlıdır ki, Vladimiras Selyavko, hazırda institusional kilsənin bütün dünyada nüfuz və cəlbediciliyini itirdiyini də etiraf edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB