Ötən il Türkiyənin taxıl və paxlalı məhsul ixracatı nə qədər olub?
Türkiyə 2023-cü ildə 12,4 milyard dollar dəyərində taxıl və paxlalı məhsul ixrac edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatına görə, taxıl, paxlalı, yağlı bitkilər və məhsullar sektoru 2023-cü ildə 213 ölkə və sərbəst zonaya 14 milyon 673 min 959 ton məhsul satıb.
Göndərdiyi məhsullar müqabilində 12 milyard 380 milyon 538 min dollar gəlir əldə edən sektorun ixracatı 2023-cü ilə nisbətən kəmiyyətcə 36, dəyər baxımından isə 8 faiz artıb.
Sektor 4 milyard 617 milyon 524 min dollarla ən çox ixracatı Yaxın Şərq ölkələrinə edib. Yaxın Şərqdən sonra 2 milyard 787 milyon 329 min dollarla Afrika və 1 milyard 630 milyon 585 min dollarla Avropa gəlir.
Ölkələr üzrə İraq 2 milyard 123 milyon 367 min dollarla birinci, ABŞ 680 milyon 769 min dollarla ikinci, İran isə 463 milyon 143 min dollarla üçüncüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB