...Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-a qohumlarına qarşı sanksiyaların ləğvi üçün ukraynalı məhbusları dəyişdirməyi təklif edir, lakin ertəsi gün...nədənsə o, sözlərindən imtina edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki və hərbi ekspert Oleq Jdanov deyib.
Maraqlıdır ki, hərbi ekspert Çeçenistan rəhbərinin belə qəribə davranışını Putinin nəzarətindən çıxmağa çalışması ilə izah edir. Jdanova görə, Ramzan indiyə qədər buna nail ola bilməyib.
...Kadırovun belə hərəkətləri Priqojinin üsyan təşkil edib Moskvaya yürüş edərkən etdiyi hərəkətləri xatırladır.
Ukrayna Silahlı Qüvvələrinin zabiti bu qənaətdədir.
...Mən bu fikirdəyəm ki, Kadırov Rusiya Federasiyasında əsas çat olacaq və hər şey ondan başlayacaq. Mən bir dəfə demişdim ki, Putinə ilk xəyanət edən odur və Rusiya Federasiyasının dağılması ondan başlayacaq. İndi təxminlə belə işləyir.
Bu gün o, Rusiya Federasiyasında şaquli hakimiyyətin vəziyyətinin lakmus sınağı rolunu oynayır və onun bu hekayəsi davam edir. Belə ki, o, Qroznıda BMT-nin işi ilə bağlı orada olan Amerika nümayəndəsinə müraciət edib.
Kadırov ailə üzvlərinə qarşı sanksiyaların ləğvi müqabilində məhbusların dəyişdirilməsini təklif edib. Birincisi, bu, Rusiya Federasiyasının terrorçu ölkə olduğunu deməyə əsas verir və biz bu faktın tanınmasını tələb etməliyik, çünki onlar məhbusları alver edirlər...
Ukraynalı hərbi ekspert bildirib bunu.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB