Tokionun mərkəzində Yaponiyanın keçmiş baş naziri Kakuei Tanakanın iqamətgahı tamamilə yanıb.
SİA-nın əldə etdiyi məlumata görə, yanğına səbəb buxur çubuqları olub. Bu barədə NHK məlumat yayıb.
Telekanalın məlumatına görə, Yaponiyanın keçmiş baş nazirinin iqamətgahında yanğın yanvarın 8-i günorta saatlarında baş verib.
Yanğın zamanı Tanakanın qızı Makiko və əri binada olub. Onlar xəsarət almayıblar. Makiko Tanaki yanğına onun oraya qoyduğu buxur çubuqlarının səbəb ola biləcəyinə inanır.
Qeyd olunur ki, yanğınsöndürənlər yalnız altı saatdan sonra iqamətgahdakı yanğını söndürə biliblər. Yaşayış evi tamamilə yanıb, ümumi yanğın sahəsi 800 kvadratmetr olub.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB