Moskvada üç Federal Təhlükəsizlik Xidməti əməkdaşı həbs edilib

Moskvada üç Federal Təhlükəsizlik Xidməti əməkdaşı həbs edilib

Rusiya İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin üç zabiti - Aleksey Tsarev, Sergey Manışkin və Aleksandr Uşakova qarşı ümumi beş milyard rubl məbləğində rüşvətlə bağlı cinayət işinin araşdırılmasına başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

“Kommersant” yazır ki, Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının cinayət təqibi adam öldürməyə cəhddə ittiham olunan “Merlion” Şirkətlər Qrupunun sahiblərinin işi ilə bağlıdır.

TASS-ın məlumatına görə, Tsarev, Manyşkin və Uşakov, Federal Təhlükəsizlik Xidmətinin hüquq-mühafizə orqanlarında korrupsiyaya qarşı mübarizə ilə məşğul olan “M” şöbəsində xidmət ediblər.

Agentliyin mənbələri iddia edir ki, Uşakov xidməti vəzifəsindən istifadə edərək cinayətkar birlik təşkil etmək ittihamı ilə həbs edilib. Manyşkin və Tsarev istintaqla sövdələşib və cinayətdə ortaqlarına qarşı ifadə veriblər. Hazırda onlar ev dustaqlığındadırlar.

Bu arada "Kommersant" iddia edir ki, hər üç Federal Təhlükəsizlik Xidməti zabiti 2020-ci ilin payızında qətldə şübhəli bilinərək saxlanılan Merlion Şirkətlər Qrupunun ortaq sahibləri Aleksey Abramov, Oleq Karçev və Vladislav Manqutovun işi ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə